DünyaManşet

Belarusiya da Ukraynaya qarşı müharibəyə başladı

Rusiya-Ukrayna müharibəsinə daha bir dövlət daxil olub. JAMAZ.İNFO xəbər verir ki, bir neçə saat bundan əvvəl Belarusiya ordusu Ukrayna sərhəddini keçərək, Çerniqiv şəhərinə qoşun yeritməyə başlayıb.

Ukrayna Dövlət Rabitə və Texnologiya Nazirliyinin açıqlamasına görə, Belarusiya artıq rəsmi olaraq Rusiya tərəfindən müharibəyə daxil olub. “Belaruslar Ukrayna ilə müharibəyə başlayıb. Çerniqiv şəhəri yaxınlığına qoşun yerildilib”.

Slabin, Pakul kəndləri və Mixaylo-Koçyubinski qəsəbəsinin sakinlərinin verdiyi məlumata görə, Belarusiya ordusu çox böyük qüvvə ilə hücuma başlayıb. İlkin məlumata görə, Belarusiya ordusunun hərbi kalonuna 33 ədəd zirehli texnika, 11 “Qrad” reaktiv raket qurğusu daxildir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button