AraşdırmaManşet

Bir iddia da Türkiyəyə: “Qars, Ərzurum, Ərdəhan və İğdır rus torpaqlarıdır”  

Rusiyanın son dönəmlər davranışları artıq imperiyadan daha çox, başını itirmiş dövlət anlayışı ilə daha çox düz gəlir. Məsələ belədir ki, dünyanın ən böyük dövləti olan Rusiya, son bir neçə həftə ərzində çevrə ölkələrə torpaq iddialarını artıqmağa başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Qazaxıstanın əsas hissələri hesab olunan Şimal əyalətlərini öz torpağı hesab edən və bu səbəbdən də orada millətçi hərəkatlar yaradan Rusiya, təxribatlarından da qalmır. Şimali Qazaxıstana ərazisi iddiası irəli sürən Moskvanın iştahası bununla da yetinmir. Artıq yeni-yeni dövlətlərə də ərazi iddiasındadır.

Belə ki, Rusiya mediası son iki gündür “yanğı” ilə Türkiyənin Şşərq hissəsini “itirilmiş vətən torpağı” olaraq yazmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, “Şərqi Türkiyə – itirilmiş Rusiya torpaqları” başlıqlı yazılarda Qars, İğdır, Ərdəhan və Ərzurumun 1878-ci il Rus-Türk müharibəsində Rusiyanın nəzarətinə keçdiyini, habelə həmin ərazilərdə rus təbəələrinin yaşadığını sərsəmləyən media nümayəndələri, həmin şəhərlərin əldən çıxmasına görə, SSRİ rəhbərliyini ittiham edirlər. Onlar yazırlar ki, 1878-ci il müharibəsindən sonra Qars əyalətin mərkəzi olub və 1921-ci ilə qədər ora Rusiyanın sayılıb.

Rus mediası yazır ki, SSRİ rəhbərliyi Qafqazı əldən vermək üçün Şərqi Türkiyəni “qurban” verib. “1921-ci ildə Qars müqaviləsi bağlandıqdan sonra Şərqi Türkiyə ağılsızcasına Türkiyəyə verildi. Sovet hakimiyyəti yeni olduğundan, təcrübəsiz idi. Və məqsədi o idi ki, bu əyaləti verməklə Qafqazı əlində saxlaya bilsin”.

İşin ən maraqlı məqamlarından biri də odur ki, rus mətbuatı, onlara qoşulan bir para ağıldankəm “alimlər” də iddia edirlər ki, Rusiya məsələ qaldırıb, Şərqi Türkiyəni geri ala bilər.

P.S. Deyəsən, Rusiya, daha doğrusu, Kremldə əyləşən bir qrup ağıldan kəm nə etdiklərinin fərqində deyillər. Şərqi Türkiyənin “tarixi rus” torpağı olmasını iddia etmək, təkcə tarixi bilməmək deyil, həm də ağılsızlığın son həddidir.

P.P.S. Rusiyanın qəfil Türkiyəyə qarşı belə iddialarla çıxış etməsi, son gülər Qazqafda mövqelərini itirmək qorxusunu yaşaması ilə bağlıdır. Belə ki, Qarabağ müharibəsindən sonra Qafqaza yerləşməkdə olan Türkiyənin, qısa müddətdən sonra tək söz sahibi olacağı şübhə doğurmur. Bunu Kreml də görürü. Lakin qarşısını ala biləcək gücdə olmadığının da fərqindədir. Elə ona görə də, gah torpaq iddiası ilə, gah da digər bəhanələrlə ortalığı qarışdırmağa çalışır. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button