ManşetSiyasət

Bir qrup erməni hərbçisi: “Qarabağ satılması barədə əlimizdə faktlar var”

44 günlük müharibədə darmadağın olan Ermənistan Ordusunda ikitirəlik yaranıb. Ddaha doğrusu, Qarabağda qulluq edən bir qrup erməni hərbçisi Arayik Artyunyan və Nikol Paşinyan haqqında sensassiyalı bəyanatla çıxış etməyə hazırlaşırlar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Avia.pro saytı məlumat yayıb.

Məlumatda deyilir ki, erməni hərbçilər Qarabağın Ermənistan hakimiyyəti tərəfindən satıldığını iddia edir və əllərində ciddi faktların olduğunu bildirirlər. “Onların əlində konkret olaraq hansı faktların olduğu məlum deyil. Bilinən odur ki, həmin hərbçilər Qarabağda 44 gün döyüşüblər”.

Qeyd edək ki, Ermənistanda Azərbaycana məğlub olduqdan sonra belə ritorika daha çox yayğın şəkil alıb. Belə ki, erməni siyasətçiləri və cəmiyyəti “hesab” edir ki, guya, Azərbaycan Ordusu Qarabağda qalib ola bilməzmiş, İrəvan hakimiyyəti özü buna imkan yaradıb. Aydın məsələdir ki, ermənilər saman çöpündən yapışıblar və məğlubiyyətlərini qəbul etmək istəmirlər. Elə ona görə də, günahkar axtarışına çıxıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button