ManşetÖlkə içi

Bu gün Bakıda etiraz aksiyası keçiriləcək

Bu gün bir qrup ictimai və siyasi fəalın təşkilatçılığı ilə saat 15:00-da Bakıda etiraz aksiyası keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, yürüş-aksiya Fəvvarələr Meydanından başlayıb DİN-in binası önündə başa çatdırılacaq.

Etirazçıların əsas şüarı “Kriminal dövlət istəmirik” olacaq.

Qeyd edək ki, belə bir aksiyanın keçirilməsinə səbəb baş verən hadisələrdir. Belə ki, hələ bir qədər əvvəl siyasi fəal Bəxtiyar Hacıyev oğurlanaraq, işgəncəyə və təhqirə məruz qalmışdı. Lakin indiyə qədər cinayətin üstü açılmayıb.

Bir neçə gün əvvəl isə araşdırmaçı-jurnalist Aytən Məmmədova yaşadığı binanın liftində naməlum şəxsin silahlı hücumuna məruz qalıb. Həmin şəxs liftdə jurnalistin boğazından tutaraq, bıçaqla onu hədələyib və adını çəkmədiyi məhkəmə barədə yazmamağı tələb edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button