ManşetSiyasət

Bu il Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər

Ermənistanın “Hraparak” qəzeti bu il ərzində Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağının qətiləşdiyi barədə xəbər yayıb. JAMAZ.İNFO bildirir ki, həmin xəbərdə Ermənistan hökumətindəki mənbəyə istinad edilib.

Xəbərdə deyilir ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, təkliflərlə çıxış etmələri həmin prosesin ilkin mərhələsidir. İddia edilir ki, bu təkliflər tərəflər arasında razılaşdırılıb. “Ola bilsin ki, bu il Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansın”.

Qəzet yazır ki, İrəvan Bakıdan göndərilən ilkin şərtlərə çox qısa cavab Verdi. “Sadə dillə desək, bu, ən azı Sovet Ermənistanı və Azərbaycan sərhədlərinə qayıtmaq və erməni tərəfinin Dağlıq Qarabağla bağlı tələblərdən imtina etməsi deməkdir”.

“Hraparak” qeyd edir ki, Ukraynada yaşananlara rəğmən, Bakı ilə İrəvan arasında danışıqların və təmasların davam etməsi onu göstərir ki, proses bir kənara qoyulmayıb. “Ola bilsin ki, gələcəkdə yeni hadisələr gözlənilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button