CəmiyyətManşet

Cəbrayıl döyüşlərinin daha bir sirri açıldı: Düşmənin hərbi briqadası necə mühasirəyə düşüb?

Ermənistanda 44 günlük müharibənin nəticələri, üzləşdikləri ağır məğlubiyyətlə bağlı müzakirələr əvvəlki templə davam edir. Yerli müxalifət Paşinyan hakimiyyətini tənqid edərək, onları xəyanətdə ittiham edirlər. Diqqətçəkən məqam odur ki, həmin müzakirələr və mübahisələr zamanı maraqlı məlumatlar ortaya çıxır.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən “Enaket” Analitik Mərkəzinin rəhbəri Tiqran Abramyan Facebookda Cəbrayıl uğrunda gedən döyüşlər zamanı baş vermiş epizodlardan birinı toxunub. O deyib ki, Cəbrayılın Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin bir çox səbəbləri olub. Onlardan biri də həmin istiqamətdə yerləşdirilmiş erməni hərbi briqadasının komandirinin döyüşlərin ən qızğın vaxtı vəzifəsindən uzaqlaşdırlması olub. “Cəbrayıldakı hərbi hissənin komandirinin dəyişdirilməsi işi o həddə çatdırdı ki, qısa müddətdə erməni ordusu tam Azərbaycanın nəzarəti altına düşdü. Təsəvvür edin, bir hərbi hissənin qərargah rəisi döyüşlərdə öldürülüb. Axı, necə ola bilər ki, Qərargah rəisi mühasirəyə düşsün və öldürülsün? Hazırda onun heç meyidini də tapa bilmirlər. Adı da itkin düşənlərin siyahısındadır”.

Abramyan dolayısı ilə vurğulayıb ki, Cəbrayılda bütöv bir hərbi hissə Azərbaycan Ordusunun mühasirəsinə düşüb və ermənilər sona qədər döyüşüblər. “Məndə olan məlumat budur ki, Cəbrayıldakı hərbi hissə Azərbaycan Ordusunun mühasirəsinə düşüb. Onlar sona qədər döyüşüblər. Onların hamısı siyasi oyunların qurbanı olublar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button