CəmiyyətManşet

Ceyranbatan yaxınlığında Bakıya atılan raketin parçası tapıldı

Ötən həftənin sonlarında Ceyranbatan su anbarı yaxınlığında (Bakıdan 25 km şimal) raket pilləsi atapılıb. Bu barədə Turan agentliyinə məlumatlı mənbə bildirib.

İlkin məlumatlara görə, bu, ötən il noyabrın 9-da erməni qoşunlarının Azərbaycan ərazisinə atdığı raketin bir hissəsidir. Həmin vaxt raket Xırdalan şəhəri üzərində vurulmuşdu, yerli sakinlər bunu videoya çəkmişdi.

ANAMA agentliyinin əməkdaşları hadisə yerinə gəlib, onlar raket hissəsini müayinə üçün götürüblər.

Raketin növünü mütəxəssislər müəyyən edə bilər, amma markalamasından göründüyü qədər, o, Rusiya istehsalıdır.

Ermənilərə məxsus olan Bakıətrafı ərazilərə çata biləcək bir neçə növ raket: “Toçka-U”, “İsgəndər”, “Skad”, “Elbrus” raketləri var idi və hələ də var.

Bu tapıntı ilə bağlı hələlik rəsmi məlumat paylaşılmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button