ManşetSiyasət

Deputat Beyləqanda seçicilərlə keçirdiyi görüşdən qovulub – VİDEO

Beyləqandan deputat seçilərn Şahin İsmayılov rayonun Kəbirli kəndində keçirmək istədiyi görüşdən qovulub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

Məlumatda deyilir ki, hadisənin baş verməsinə səbəb Şahin İsmayılovun kənddəki Şəhid ailələrini ziyarət etməməsi olub. Belə ki, Beyləqanın Kəbirli kəndi Qarabağ müharibəsində ən çox Şəhid verən kənddir. İddaialara görə, seçicilər deputata “Kişisən, amma bir Qənirə Paşayeva ola bilmədin” deyiblər.

Ş.İsmayılovun ofisindən isə Oxu.az-a bildirilib ki, bu barədə yayılan məlumat həqiqəti əks etdirmir. “Deputat Şahin İsmayılovun Beyləqanın Kəbirli kəndindən seçicilər tərəfindən qovulmasından söhbət gedə bilməz”.

Qeyd edilib ki, buna baxmayaraq, planlaşdırılan tədbir baş tutub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button