GündəmManşet

Deputatdan Səfər Mehdiyevə villası ilə bağlı atmaca: “Elə bil 3-cü Alatavada kirayənişin yaşayır”

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yerli mediaya qalmaqallı müsahibə verib. JAMAZ.İNFO xəbər verir ki, komitə sədri açıqlamalarında bir sıra məmurları, eyni zamanda, deputatları ittiham edib.

Belə ki, Mehdiyev parlamentdə təmsil olunan bəzi deputatların fırıldaqçılıqla məşğul olduğunu bildirib. Həmin deputatların ayrı-ayrı adamların adına xaricdən mal gətirdiyini, daha sonra isə onu baha qiymətə satışa çıxardığını vurğulayıb.

Bu əsnada, araşdırmaçı jurnalist Cavanşir Həsənli komitə sədrinin işarə etdiyi deputatlarla bağlı maraqlı məlumat yayıb. O bildirib ki, Səfər Mehdiyevin fırıldaqçı hesab etdiyi deputatlardan biri “Kontakt Home” şirkətinin rəhbəri Elnur Allahverdiyevdir. Onun sözlərinə görə, Allahverdiyevlə Mehdiyev arasında münasibətlər hələ bu ilin ortalarında pozulub. Buna səbəb isə DGK sədrinin xaricdən gətirilən, lakin rüsumdan azad olan məhsul üçün əvvəlcə tələb olunan 1500 dollarlıq limitin 300 dollara endirilməsidir. Deputat çıxışnda buna irad bildirərək, komitəni ciddi tənqid edib.

Həsənlinin araşdırmasına əsasən hədəfdə olan ikinci deputat isə Tahir Mirkişilidir. Buna səbəb də həmin mandate sahibinin ciddi bines fəaliyyəti ilə məşğul olması və xaricdən davamlı mal və məhsullar gətirmnəsidir.

JAMAZ.İNFO xəbər verir ki, bu gün məlum olub ki, daha bir deputat Səfər Mehdiyevin ünmvanına söz atıb. Daha doğrusu, komitə sədrinin harada villasının olduğuna işarə vurub.

Qeyd edək ki, həmin deputat son zamanlar qalmaqallı açıqlamaları və hərəkətləri ilə tanınan Etibar Əliyevdir. O özünün Facebook hesabında yazıb: “Səfər Mehdiyev bəzi deputatları elə ittiham edir ki, adama elə gəlir özü 3-cü Alatava küçəsində kirayənişin (kvartirant) yaşayır”.

Əslində, Etibar Əliyev bununla təkcə, deputat həmkarlarını müdafiə etməyib. Həm də bildirib ki, Səfər Mehdiyevin 32-cü Alatava küçəsində topdağıtmaz villası var.

Bəzi məlumatlara görə, həqiqətən də Mehdiyevin sözügedən ünvanda 5 mərtəbəli villası mövcuddur. Onun villasını isə xüsusi mühafizəçilər qoruyurlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button