DünyaManşet

Donetskidə partlayış, ruslar diplomatlarını Kiyevdən çıxarır: Zelinski hücum tarixini açıqladı

Ukrayna-Rusiya münasibətlərində gərginlik pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, Ukrayna sərhəddinə 140 minlik ordu toplayan Moskvanın hər an hücuma keçəcəyi gözlənilir.

Bu əsnada prezident Vladimir Zelenski Qərb dövlətlərinə xitabən bildirib ki, Rusiyanın Ukrayna ətrafında eskalasiya planları barədə informasiya məkanında artıq həddən artıq çox məlumat var. “Hesab edirəm ki, bu gün informasiya məkanında Rusiya Federasiyası tərəfindən dərin, genişmiqyaslı müharibə ilə bağlı həddən artıq çox məlumat var. Biz bütün riskləri başa düşürük, bu risklərin mövcud olduğunu da başa düşürük. Əgər Qərb dövlətlərində Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyi barədə məlumat varsa, onları bizə də verin”.

O qeyd edib ki, əllərində kifayət qədər məlumatlar var. “Biz bütün bu məlumatları qeyd edirik. Amma biz bütün bu məlumatları aydın şəkildə təhlil etməliyik. Hələlik, bu gün Ukraynada tammiqyaslı müharibə yoxdur”,

Zelinskinin Kiyevdə keçirdiyi brifinq zamanı bir xəbər də Donetskidən gəlib. JAMAZ.İNBFO xəbər verir ki, bu gün yerli saatla 15:15-də separatşı Donbas rejiminin nəzarətində olan Donetsk şəhərində güclü partlayış baş verib. Şəhərdəki hava limanının yaxınlığında baş vermiş partlayışın səsi isə hər yerdə eşidilib. Lakin bu partlayışın konkret nədən baş verdiyi barədə heç bir bilgi verilmir.

Bəzi ekspertlər bildirirlər ki, Donetskidə baş verən partlayış Rusiya tərəfindən törədilmiş provokasiya da ola bilər. Onlar hesab edirlər ki, Kreml bu cür təxribatlardan yararlanaraq, Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanələr yaradır.

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə açıqlama verərək bildirib ki, ölkəsinin Ukraynadakı səfriliyinin əməkdaşlarını çıxarmaqla bağlı qərar  qəbul ediblər. “Kiyev hakimiyyəti və ya üçüncü bir ölkənin təxribat xarakterli addımlarına qarşı Ukraynada olan rus diplomatların sayını azaltmaq qərarına gəlmişik. Amma Səfirlik və Konsulluqlarımız fəaliyyətlərini davam etdirəcəklər”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button