ManşetÖlkə içi

DTX gömrükdə daha bir əməliyyat keçirdi: Sahil Babayevin əmisi oğlu həbs olundu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlardan biri Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir. JAMAZ.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, saxlanılan şəxs əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qohumudur.

Mətbuatda R.Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub. R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button