ManşetÖlkə içi

Dünyanın ən güclü orduları: Türkiyə 13, Azərbaycan isə 63-cü yerdədir

“Global Firepower” reytinq şirkəti 2022-ci il üçün dünyanın ən güclü ordusuna malik ölkələrin siyahısını hazırlayıb. JAMAZ.İNFO xəbər verir ki, 142 dövlətin adı olan həmin reytinqə əsasən hərbi gücünə görə dünya lideri ABŞ-dır.

Lakin 66 gündür Ukraynanı işğal etmək üçün çalışan və bu zaman böyük itkilər verən Rusiya yerini dəyişməyib. Şimal qonşumuz 2-ci yerdə qərarlaşıb.

Maraqlıdır ki, Rusiyanın qarşısında dirəniş göstərən və düşmənin ciddi itki verməsinə səbəb olan Ukrayna öz hərbi gücünə görə düynada 22-ci yeri tutub.

Digər qonşu ölkələrə gəlincə isə qardaş Türkiyə dünyanın ən güclü 13-cü ordusuna sahibdir. Onun ardından isə cənub qonşumuz İran gəlir, Tehran 14-cü pillədə qərarlaşıb.

Ermənistan sıralamada 98-ci yerdədir. Gürcüstan isə 88-ci pillədə yer tutub.

44 günlük müharibədən sonra dünyada ordusunun gücünə görə, ilk əllilikdə yer alan Azərbaycan isə “Global Firepower”in reytinq cədvəlində 63-cü yerə layiq görülüb. Ölkəmizin 13 pillə geriləməsinin konkret səbəbləri məlum deyil. Güman edilir ki, bəzi dövlətlərin hərbi cəhətdən güclənməsi reytunqdə bəzi dəyişikliklərə səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button