GündəmManşet

Düşmən mövqelərimizdən birini ələ keçirmək istəyib: İki erməni hərbçisi yaralanıb

Bu gün günorta saatlarından etibarən başlayan atışma davam edir. JAMAZ.İNFO xəbər verir ki, ermənilər Kəlbəcər istiqamətində təxribata əl ataraq, mövqelərimizdən birini ələ keçirməyə çalışıb.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan hərbçiləri geri çəkiliblər. Nəticədə, Norabak kəndi yaxınlığında iki erməni hərbçi yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu, digərinin isə həyati təhlükəsi qalmadığı bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün məlumat yayaraq, düşmənin Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutduğunu bildirib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button