ManşetÖlkə içi

Düşmən sərhəddəki postlarımızı atəşə tutdu

Dünən gecə saatlarında Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan istiqamətində, düşmən mövqelərimizi atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan silahlı qüvvələri Arazdəyən (Yerasx) kəndi istiqamətindəki mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutub.

Erməni tərəfi iddia edir ki, buna səbəb onların ordularına məxsus hərbi maşının atəşə tutulması olub. Rəsmi açıqlamada qeyd edilir ki, dünən gecə 23:30 radələrində Yerasx istiqamətində hərəkət edən və ərzaq daşıyan yük avtomobili guya, Azərbaycan Ordusu tərəfindən atəşə tutulub. Bundan sonra sərhəddə vəziyyət gərginləşib, lakin gərginlik uzun sürməyib.

İtki barədə məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı hər hansı açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button