GündəmManşet

Düşmənin S-125 raket kompleksi 10 əsgərlə birlikdə göyə sovruldu: Sarıbaba və Qırxqız dağları Ordumuzun nəzarətində

Qarabağ cəbhəsində Azərbaycan Ordusunun dsilokasiya və mövqe dəyişikliyi nəticəsində bir sıra strateji yüksəkliklər nəzarətimizə keçib. JAMAZ.İNFO xəbər verir ki, hazırda bölgədə aktiv yerdəyişmə prosesi reallaşdırılır.

Hhərbi ekspert Ədalət Verdiyevin yaydığı məlumata görə isə Xocalı aeroportu ətrafında düşmənin S-125 kompleksi 10 nəfərə yaxın heyətlə birlikdə məhv edilib. Onun məlumatına görə, Sarıbaba və Qırxqız yüksəkləri də Azərbaycan Ordusunun nəzarətinə keçib.

Bu əsnada erməni mənbələri Tərtərin Həsənriz kəndindəki hərbi hissənin darmadağın edilməsinin ardından, analoji hadisənin Kəlbəcərin Heyvalı kəndində də yaşandığı barədə məlumat yayıblar. “Hraparak”ın məlumatına görə, Heyvalı (Drambon) kəndində yerləşən düşəmənin hərbi hissəsi məhv edilib.

JAMAZ.İNFO xəbər verir ki, ermənilər itkilərinin sayını da açıqlayıblar. Həmin məlumatlara görə, hazırda yaralı erməni əsgərlərinin sayı 15-i keçib. Ölən əsgərlərinin sayı isə 3-ə çatıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button