ManşetÖlkə içi

Edqar Qazaryan: “Bundan sonra Nikol Paşinyanla İlham Əliyev yox, Əli Əsədov görüşəcək”

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Qazaryan ölkəsinin Azərbaycana təqdim etdiyi 6 bəndlik təkliflər barədə maraqlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, o, həmin təkliflərin Azərbaycan tərəfindən qəbul edilmədiyini bildirib.

Qazaryan bildirib ki, Azərbaycan tərəfindən hazırlanmış və Ermənistan tərəfinin qəbul etdiyi 5 bənd prinsipləri üzrə Ermənistanın təqdim etdiyi 6 bənddən ibarət təklifləri Azərbaycan tamamilə rədd edib.

O, Bakı və İrəvan arasında razılaşmaya əsasən bir sıra addımların atılacağını vurğulayıb. “Həmin razılaşmaya əsasən Qazaxın 7 anklav və Naxçıvanın Kərki kəndləri Azərbaycana veriləcək. Bunun qarşılığında isə heç nə alınmayacaq”.

Qazaryan Azərbaycanla Ermənistan arasında razılaşma əldə edildikdən sonra Prezident İlham Əliyevin baş nazir Nikol Paşinyanla görüşlərini dayandıracağını da bildirib. “İki ölkə arasında danışqları İlham Əliyevlə Nikol Paşinyan aparmayacaqlar. Azərbaycan tərəfindən baş nazir Əli Əsədov, Ermənistan tərəfindən isə Nikol Paşinyan sərhədlərin tənzimlənməsi məsələləri ilə məşğul olacaqlar. Görüşün nəticələri barədə isə İlham Əliyevə məlumat verəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button