ManşetÖlkə içi

Eldar Mahmudovun oğlunun şirkəti məhkəməyə verildi – 56 min vergi borcu var

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Kaspian Kristal” MMC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.
Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbləri barədə hər hansı məlumat yoxdur. Araşdırmalarımız zamanı isə bəlli olub ki, şirkətin 52 660.16 AZN vergi borcu var.
“Kaspian Kristal” MMC sıradan bir şirkət deyil. MMC keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. Şirkətin qanuni təmsilçisi Hacıyev Fuad Vaqif oğludur.
Onun adına daha şirkət var: “Gravitylux” MMC və “Crystal Development” MMC. Bu şirkətlər də Anar Mahmudova məxsusdur.
Bir neçə il əvvəl Anar Mahmudovun biznesi ilə bağlı mediada yer alan araşdırma materiallarında da bu şirkətlərin adı keçir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button