GündəmManşet

Elman Rüstəmov gedir, onun yerini Taleh Kazımov tutacaq

JAMAZ.İNFO xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.
Bəs Taleh Kazımov kimdir?
Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsini bitirib.
2004-2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın “Georgia State University” universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib.
O, 2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) və 2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) bitirib.
Taleh Kazımov “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib.
2004-cü ildən isə maliyyə sektorunda peşəkar fəaliyyətə başlayıb. O, 2004-2006-cı illərdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, 2006-2007-ci illərdə “Ernst & Young” şirkətində auditor, 2007-ci ildə bir neçə ay “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin Baş direktoru vəzifəsində çalışıb.
2007-ci ilin iyul ayından etibarən isə “PAŞA Bank”da fəaliyyətə başlayıb. Taleh Kazımov adıçəkilən bankda 2011-ci ilə qədər müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildə ildə isə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü seçilib.
2015-ci ildə isə “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Ailəlidir, iki övladı var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button