ManşetÖlkə içi

Erməni əsgər anaları etiraza qalxdı: “Övladlarımızı Qarabağa aparmayın”

Bu gün səhər saatlarından etibarən erməni əsgər anaları İrəvan şəhərində yerləşən Hərbi Universitetin qarşısına toplaşaraq, etiraz aksiyası keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, onlar həqiqi hərbi xidmətə çağırılan övladlarının Qarabağa aparılmasına etiraz edirlər.

Onlar bildiriblər ki, hazırda yollar bağlıdır və Qarabağ təhlükli ərazidir. Onlardan biri deyib: “Qarabağa gedən yollar çox təhlükəlidir. Övladlarımızın sağ-salamat gedib ora çatacağına heç kimin təminatı yoxdur. Müdafiə Nazirliyinin nümayəndəsi bura gəlsin. Tələb edirik ki, uşaqlarımızı Qarabağa xidmətə aparmayın”.

P.S. Qeyd edək ki, Ermənistan hakimiyyəti noyabrın 10-da imzalanmış bəyanata əsasən Azərbaycanın ərazisi olan Qarabağdakı hərbi birləşmələrini və silahlı dəstələrini qısa müddətdə çıxarmalıdır. Lakin görünən odur ki, düşmən həmin anlaşmaya riayət etmək fikrində deyil. Əksinə, gizlin və aşkar şəkildə torpaqlarımıza hərbi qüvvə göndərməkdə davam edir.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button