ManşetSiyasət

Erməni deputat: “Bakının icazəsi olmadan Xankəndinə gedə bilmirik”

“İri çinli məmurların Qarabağa səfərinə icazə verilmir. Biz Azərbaycandan icazə aldıqdan sonra səfəri reallaşıra bilirik. Amma bizə deyirlər: niyə biz Azərbaycanın icazəsini rəhbər tuturuq?” JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamçentində təmsil olunan “Haystan” blokundan olan deputat Armen Rüstəmyan deyib.

O bildirib ki, Stokholmdakı danışıqlar uğursuzluğa düçar olub. Rüstəmyan deyib ki, Azərbaycan erməni deputatların Qarabağ səfərindən narazılığını bildirib.“Onların təzyiqi ondan ibarətdir ki, Qarabağ probleminin mövcud olmadığı təsəvvürünü yaratsınlar”.

O əlavə edib ki, parlamentdə təmsil olunan hakim partiya çoxluq təşkil edir və onlar delimitasiya və demarkasiya prosesinə toxunmaq istəmirlər. “Hakimiyyət xalqdan gizli apardığı danışıqları ictimaiyyətə açıqlamaq istəmir. Biz delimitasiya və demarkasiya prosesində maraqlarımızı aydın şəkildə müəyyən etmək məqsədi güdürdük. Proses bir nəfərin ixtiyarına buraxıla bilməz. Bundan əlavə, Ermənistana qarşı güclənən xarici təzyiqlərin bir nəfərin üzərində cəmlənməsinə də imkan vermək olmaz. Biz bilirik ki, danışıqlarda həm yazılı, həm də şifahi razılaşmalar əldə olunub. Biz çox vaxt  şifahi razılaşmaların fəlakətli nəticələrinin şahidi oluruq. Biz bunun qarşısını almağa çalışdıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button