ManşetÖlkə içi

Erməni deputat: “Qarabağda ermənilərin qalıb, qalmayacağı məni maraqlandırmır”

Ermənilər iki gündür Qarabağla bağlı haray-həşir salıblar. Martın 8-də Ermənistandan Xankəndinə çəkilmiş qaz kəmərində baş verən qəzadan sonra şəhər qazsız qalıb. JAMAZ.İNFO xəbər verir ki, hazırda sözügedən Azərbaycan şəhərində nə qaz, nə elektrik, nə də su var.

Lakin buna baxmayaraq, erməni separatçılar təxribatlarından da əl çəkmirlər. Belə ki, onlar bu gün gecə saatlarında Xocavənd və Tərtər istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyi bu barədə açıqlamasında bildirib ki, düşmənin cavabı layiqincə verilib.

Erməni deputatlar, siyasi fəallar isə beynəlxalq təşkilatlara müraciət edərək, Qarabağda “humanitar fəlakət”in yaşandığını iddia edirlər. Lakin əksər beynəlxalq təşkilatlar bu xəbərlərə əhəmiyyət verməyərək, indi bunun yeri olmadığını bildiriblər.

Ermənistanın sabiq deputatı Naira Zöhrabyan isə Parisdə olduğunu, Qarabağla bağlı təşkilatlara müraciət etdiyini, lakin ona laqeyd yanaşıldığını, hətta dediklərinə tüpürmədiklərini dilə gətirib. “Burada hamının başı Ukraynadan gələn qaçqınlara qarışıb. Qarabağdakı vəziyyətlə bağlı buradakı təşkilatlara məlumat verdim. Laqeyd yanaşdılar, heç dediklərimə tüpürmək belə istəmədilər”.

Lakin Ermənistanda hakim partiya olan “Mülki Müqavilə”nin deputatı Qaiqk Melkonyan isə verdiyi açıqlaması ilə böyük bir qalmaqala səbəb olub. Ermənistan müdafiə nazirinin keçmiş müavini, könüllü döyüşçülər ittifaqının üzvü Qaqik Melkonyan bildirib ki, Qarabağda ermənilərin yaşayıb, yaşamaması onu maraqlandırmır. “Orada ermənilərin qalıb, qalmayacağı, yaşayıb, yaşamayacağı məni maraqlandırmır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button