ManşetSiyasət

Erməni deputatların Xankəndi səfərinin məqsədi bəlli oldu: “ordu”nu maliyyələşdirmək

Xəbər verildiyi kimi, dünən Ermənistan parlamentinin bir qrup üzvü Xankəndinə səfər edib. JAMAZ.İNFO xəbər verir ki, həmin səfərin məqsədi kimi, Qarabağdakı separatçılarla birgə torplantı keçirərək, bəzi məsələləri müzakirə etmək göstərilirdi.

Qeyd edək ki, Ermənistan tərəfi deputatların Xankəndidə sosial və iqtisadi məsələlərlə bağlı dinləmələr təşkil edəcəyini açıqlasalar da, bu gün məlum olub ki, mövzu heç də bu deyilmiş. Belə ki, bu gün Seyran Hayrapetyan və Artur Harutyunyanın başçılığı ilə Xankəndidə keçirilən qapalı yığıncaqda təhlükəsizlik, müdafiə məsələləri müzakirə olunub.

Qarabağdakı erməni separatçıları mediaya açıqlamalarında bildiriblər ki, Ermənistandan gəlmiş deputatlarla “müdafiə nazirliyi”, “polis” , “xüsusi xidmət orqanları”  və “fövqəladə hallar nazirliyi”nin necə maliyyələşdirilməsi məsələləri müzakirə edilib. Elə bu səbəbdən də qondarma qurumun 2022-ci il “büdcəsi” barədə danışılıb.

Bildirək ki, Ermənistanın son zamanlar atdığı bəzi addımlar birmənalı olaraq təxribatdır. Belə ki, Azərbaycan ərazisi olan Qarabağdakı qanunsuz silahlı dəstələri maliyyələşdirmək birmənalı olaraq terrorçuluğu himayə etmək və maliyyələşdirməkdir. Eyni zamanda, bu başqa bir dövlətin ərazisinə müdaxilə anlamına gəlir.

Azərbaycan XİN-i bununla bağlı dünən diplomatik olaraq addım atıb. Rəsmi açıqlamaya görə, nazir Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla məhz deputatların Xankəndiyə Bakının icazəsi olmadan getdiklərrinə görə, görüşməkdən imtina edib. Lakin bu yetərli addım deyil. Artıq rəsmi Bakı bunun qarşısını almaq üçün daha təsirli və ciddi addımlar atmalıdır. Əks təqdirdə, proses arzulamadığımız istiqamətdə davam edəcək. Necə ki, bir neçə gündür Qarabağda düşmən sistemli olaraq təxribatlara əl atmağa başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button