ManşetÖlkə içi

Erməni ekspert: “Rusiya Qarabağda Azərbaycanın addımlarına müdaxilə etməyəcək”

Azərbaycan Ordusunun mart ayının 24-dən etibarən qoşunların dislokasiya yeri və mövqelərinin dəqiqləşdirilməsi prosesinə başlaması Ermənistanda ciddi narahatlıqla qarşılanır. JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi baş verənləri “faciə”, “genosid” kimi təqdim etməklə yanaşı, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlılarını da sərt tənqid edirlər.

Qeyd edək ki, ermənilərin vay-şivən salmaları ilk deyil və bu onlarda xroniki xəstəlik halındadır. Azərbaycan Ordusunun Daşbaşı yaylasına, Fərrux kəndinə nəzarəti əldə etməsində qeyri-qanunu hər hansı bir hal yoxdur. Çünki bu ərazilər Azərbaycanındır və yaxın günlərdən Ordumuz Xocalı, Ağdərə, Xocavənd və Xankəndinə də daxil ola bilər. Bu şəhərlər və ərazilər bizimdir və ermənilərin bundan narahat olmasına əsas belə yoxdur.

Erməni hərbi ekspert Van Hambardzumyan Qarabağda baş verən hadisələri maraqlı bir şəkildə izah edib. O müsahibəsində deyib ki, Azərbaycan Ordusunun Fərrux kəndində olduğundan xəbərdardır. “Məndə olan məlumata görə, Fərrux kəndi hazırda Azərbaycan Ordusunun nəzarətindədir. Düşünmürəm ki, onlar kəndi tərk edib, gedəcəklər. Xüsusən Rusiyanın hazırda başı o qədər qarışıqdır ki, hər hansı təzyiq etmək barədə düşünmür. Azərbaycan təbii ki, bu vəziyyətdən yararlanmağa çalışır. Eyni zamanda, Türkiyənin Qafqazda mövqeləri də xeyli genişlənib və güclənib”.

O, “Rusiya Qarabağdakı faktiki vəziyyəti həll etmək iqtidarında deyil, yoxsa istəmir” sualına cavab olaraq bildirib ki, ilk növbədə Rusiya çox pis iqtisadi vəziyyətdə olduğu üçün Türkiyə və Azərbaycanla münasibətləri pisləşdirmək iqtidarında deyil. “Rusiya Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığa böyük ümidlər bəsləyir. Əgər bu əməkdaşlıq ləğv olunarsa, bu, Rusiya üçün çox pis olacaq. Nəzərə alaq ki, Rusiyanın Azərbaycanla Ermənistandan daha dərin iqtisadi əlaqələri var. Moskva Azərbaycanı incitmək istəmir və Bakı da bundan səmərəli istifadə edir”.

Bundan başqa, ekspert qeyd edib ki, Rusiya proseslərə müdaxilə etsə, Türkiyə də müdaxilə edəcək. “Belə olan halda, vəziyyət daha da pisləşəcək, böyük hay-küy qalxacaq ki, bu da Rusiyaya sərf etmir”.

Van Hambardzumyan qeyd edir ki, Rusiya Azərbaycan-Türkiyə mövqelərini vura bilməz. “Bunu heç etməyəcəklər də. Xüsusən də heç kim Rusiya sülhməramlılarına atəş açmayıb. İndi Rusiya, xüsusilə NATO üzvü Türkiyə ilə münasibətlərinə görə çox ehtiyatlı davranır. Onunla münasibətlər heç bir şəkildə korlanmayacaq. Rusiyanın Azərbaycan və Türkiyəyə ciddi ümidləri var, onları Qarabağdakı hansısa yüksəkliyə görə incitmək fikrində də deyil”.

Erməni hərbi ekspertin fikrincə, Rusiyanı biabır etmək, gözdən salmaq, Ermənistan-Rusiya münasibətlərini şübhə altına almaq İrəvan hakimiyyətinin iş üslubudur. “Ermənistan cəmiyyəti hər şeyi çox ağrılı şəkildə qəbul edir və ağrılı məsələlərdən istifadə edərək anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq, erməni cəmiyyətini Rusiyaya qarşı yönəltmək üçün istifadə edirlər. Bütün bunlar daha da dərinləşəcək”.

BMT sülhməramlılarının Qarabağa gəlişinə gəlincə, ekspert bunu real hesab etməyib. “Sadəcə gülüncdür. Bu regionda təkcə Rusiyanın təsiri var, o, heç vaxt BMT-nin və ya digər qüvvələrin bu bölgəyə gəlməsinə imkan verməyəcək. Çünki bura onun təsir zonasıdır. Üstəlik, BMT sülhməramlılarının tərkibində Türkiyənin hərbçi sayı xüsusi önəm daşıyır və çoxudr. Bunu təsəvvür edirsinizmi? Sabah Qarabağda Türkiyənin təsiri altında olan sülhməramlılar olduqda, nə baş verəcək? Bu, bizə yaxşı heç nə verməyəcək”.

Hhambardzumyan Azərbaycan Ordusunun nəzarəti altına aldığı Daşbaşı və Fərrux yüksəkliklərinin strateji əhəmiyyətindən də danışıb. “Ermənistanın aparıcı mövqelərini qidalandıran bütün strateji yollar Daşbaşı yaylasının altından keçir. Həmin yolla cəbhə xəttinə silah-sursat, ərzaq, su, dərman gətirilir. Aaydın məsələdir ki, yük maşınları atəş altından hərəkət edə bilməzlər. Deməli, maşınlar getməyəcək, qidalanma iflic olacaq, mövqelərin həyat qabiliyyəti yox olacaq. Əsgər nə vaxta qədər silahsız, susuz qala bilər?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button