ManşetÖlkə içi

Erməni hərbi ekspert: “Azərbaycan genişmiqyaslı əməliyyata başlasa, sülhməramlılar heç nə edə bilməyəcək”

“Azərbaycanın genişmiqyaslı hücuma başlasalar, sülhməramlılar müqavimət göstərə bilməyəcəklər. Çünki onların mandatı yoxdur”. JAMAZ.İNFO bildirir ki, bunu erməni hərbi ekspert Karen Vartanesyan deyib.

Onun sözlərinə görə, genişmiqyaslı əməliyyatlar zamanı sülhməramlıların silahdan istifadə edə biləcəyinə dair mandat heç vaxt verilməyəcək. “Azərbaycan heç bir halda buna razı olmayacaq. Üstəlik, genişmiqyaslı hücum olduğunu və rusların bizim tərəfdə vuruşmağa qərar verdiyini fərz etsək belə, Qarabağdakı sülhməramlıların canlı qüvvəsi döyüşmək üçün kifayətdirmi? Hazırda Rusiya ətrafında baş verənləri nəzərə alaraq, onlar təchiz edə bilərlərmi?”

Vartanesyan bu vəziyyətdə Rusiyanın Azərbaycanla qarşıdurmaya gedəcəyinə inanmır. “Çünki onun həll etməli daha vacib problemləri var. Biz öz təhlükəsizlik problemimizi yalnız Ermənistan ordusunu tez bir zamanda bərpa etməklə və mümkün qədər gücləndirməklə həll edə bilərik. Hazırda Ermənistan ordusu mühribədən əvvəlki dövrə nisbətən daha çox zəifidir”.

Erməni hərbi ekspert qeyd edir ki, heç bir xəbərdarlıq və ya qınama çağırışı Azərbaycanı öz planlarından çəkindirməyəcək. “Azərbaycan Rusiya Müdafiə Nazirliyinin bəyanatına verdiyi cavaba diqqət edin. Onlar əvvəlcə Fərruxu, daha sonra digər kəndləri bir-bir ələ keçirəcəklər. Bəyanatları da təsdiq edir ki, onları heç kim dayandıra bilməyəcək”.

Vartanesyan hesab edir ki, Azərbaycanın geri çəkiləcəyi və ya planlarının iflasa uğrayacağına ümid bəsləmək yersizdir. “Ermənistan hakimiyyəti heç bir şeyə reaksiya vermir. Mmüxalifətə “niyə mənasız panika yayırsınız?” deyənlər var. Əslində, bir vaxtlar sülhməramlı rolu da eyni şəkildə şişirdilmişdi. Dünya təcrübəsinə məhəl qoyulmamışdı. Həmin təcrübə göstərdi ki, sülhməramlı qeyri-sabit vəziyyəti öz üzərinə götürür və o, sabah olmaya bilər. Odur ki, ordunu gücləndirməkdən başqa çıxış yolumuz yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button