GündəmManşet

Erməni mediası: “Azərbaycan Qarabağda “ÜZÜK-2” əməliyyatına başlayır”

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğu Qarabağda separatçıların rəhbəri Arayik Harutyunyan barəsində cinayət işinin açıldığını, istintaq getdiyini və onun tezliklə məhkəmə qarşısına çıxarılacağı barədə açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamadan sonra Qarabağdakı separatçılar ciddi şəkildə məsələni müzakirəyə çıxarıblar.

Sosial şəbəkələrin erməni seqmentində gedən müzakirələdən belə məlum olur ki, onlar Arayik Harutyunyanın həbs olunmasına önəmli yanaşmırlar. Onları bu hadisənin Qarabağda yaşayan ermənilərə hansı təsirlər edəcəyi tərəfinin düşündürür.

Azərbaycana qarşı aktiv təbliğat və kampaniyalar aparan, “Alen Ghuluyan” adlı səhifənin rəhbəri, habelə blogger Alen Quluyan yazır ki, Azərbaycanın əsas hədəfi Laçın “dəhlizi”nə sahib olmaqdır. Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin Laçında keçirilməsi də bunun əyani göstəricisidir. “Azərbaycan Laçın “dəhlizi”ni çoxdan özünün hərbi hədəfi elan edib. Elə əsas döyüş də həmin “dəhliz”də olacaq”.

Alen Quluyan iddia edib ki, Azərbaycan Qarabağda ikinci “Üzük” əməliyyatına start verməyə hazırlaşır. “Həmin vaxt çoxlu sayda 88-ci il fəalları, 90-cı illərin komandirləri həbs olundular. Bu dəfə də eyni şey təkrarlanacaq. Artıq Bakıdan düymə basılıb. Qalır, əməliyyatın start götürməsi”.

Erməni blogger sonda bildirib ki, bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları indidən bununla bağlı tədbir görməlidirlər. “Ümid edirəm ki, rus sülhməramlıları bu istiqamətdə konkret addımlar atılacaq. Əks təqdirdə, Qarabağda bir erməni belə qalmayacaq”.

JAMAZ.İNFO xatırladır ki, Quluyanın dediyi “Üzük” əməliyyatı 1991-ci ilin aprelində Qarabağda keçirilib. Əməliyyatda DİN və MTN qüvvəllərindən istifadə olunub. Məqsəd erməni separatçılarını zərərsizləşdirmək və Qarabağ və ermənilərin yaşadığı ətraf rayonlarda Azərbaycanın nəzarətini bərpa etmək olub.

Bu əməliyyatın nəticəsində Xankəndidə erməni silahlı dəstələrinin 10-a yaxın başçısı həbs edildi, şəhər əhalisindən silahlar yığıldı, Hadrut rayonunda ermənilərin blokadaya aldıqları azərbaycan kəndlərinin blokadası yarıldı və 14 erməni kəndinin əhalisi Ermənistana köçürüldü.  Həmin kəndlərdə Ermənistan qaçqınları və məshəti türklər məskunlaşdırıldı. Bundan başqa, Xanlar rayonu. Gəncə ətrafı və Kəlbəcər yolunun üstündə yerləşən Azad, Kamo, Çaykənd, Mənəş, Ərkəc və başqa kəndlərdəki erməni yaraqlıların ən böyük hərbi silah- sursat, ləvazimat bazaları və 80-ə yaxin erməni yaraqlısı məhv edildi. Şaumyan(Ağcakənd) rayonunda bir neçə erməni kəndləri boşaldılıb, Ermənistana köçürüldü.

Eyni zamanda Ağdərə (Mardakert) və DQ-ın başqa rayon mərkəzlərində və kəndlərində pasport yoxlama rejimi tətbiq olunmaqla Ermənistan, Suriya, Livan, Fransa, ABŞ və başqa ölkələrdən gəlmiş bir çox erməni “boyevikləri” və emissarları aşkar olunub, həbs edildilər.

Lakin əməliyyat başlayandan dünya ermənilərinin qopardıqları səs-küy, əməliyyatın gedişində məcburi fasilələr yaratdı. 1991-ci ilin avqustunda isə məlum QKÇP hadisəsi ilə əməliyyat dayandırıdı və sona çatdırılmadan bitdi.

Onu da bildirək ki, “Üzük” əməliyyatına OMON-un iştirakı ilə Əbil Rzayev rəhbərlik edib. Onun ölümündən sonra isə əməliyyatı Milli Qəhraman Riad Əhmədovun başçılıq etdiyi MTN-nin xüsusi təyyinatlı dəstəsi həyata keçirib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button