ManşetSiyasət

Erməni qəzetindən şok iddia: “Azərbaycanın nümayəndəsi Sünikdə ABŞ səfiri və Paşinyanla görüşüb”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti olduqca maraqlı bir iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, həmin iddia aprel ayında Sünikdə keçirilən görüşlə bağlıdır.

“Hraparak” qəzeti yazır ki, aprel ayında Nikol Paşinyan Sünik vilayətinə səfər edən zaman, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də orada olub. “Maraqlıdər ki, səfir və Paşinyan eyni oteldə gecələyiblər”.

Lakin qəzet məsələnin bununla bitmədiyini, daha maraqlı bir olayın yaşandığını da yazıb. “Sən demə, bu jələ son deyilmiş. Paşinyan və səfir oteldə olduqları zaman Azərbaycandan gələn nümayəndə də onlara qoşulub. Bizim mənbəmiz həmin şəxsin kim olmasından xəbərsizdir. Lakin bilinən odur ki, Azərbaycandan gələn nümayəndə Vorotan kəndində qarşılanıb və oradan birbaşa Paşinyangilin olduğu otelə gətirilib”.

“Hraparak”ın yazdığına görə, üçtərəfli görüşdə Sünikdən keçməklə Naxçıvana çəkiləcək yeni yolun məsələsi müzakirə olunub. “Məh bu görüşdən sonra Azərbaycan Ordusu Qara göl istiqamətindən irəli getməyə başladı. Azərbaycan tərəfi koridoru cənubdan ən qısa yolla çəkməyi hədəfləyir. Bu da İşxansar-Sisiyan-Naxçıvan yolundan ibarətdir”.

Erməni nəşri rusların məsələdən xəbərdar olduqlarını da qeyd edib. “Rus mənbələri bizə bildirirlər ki, məsələdən xəbərdardırlar. Onlara acıq gələn odur ki, Ermənistan hakimiyyəti onlardan gizlin şəkildə ABŞ və Azərbaycanla təmas quraraq, oyun oynayır. Onlar əminliklə deyirlər ki, Paşinyanın Azərbaycanla birbaşa əlaqəsi var”.

Qeyd edək ki, bu tipli məlumatlar Ermənistan mediasında mütəmadi olaraq yer alır. Xüsusən erməni müxalifətinin təsiri altında olan nəşrlər Nikol Paşinyanın Azərbaycanla əlaqəsinin olduğunu iddia edirlər. Bundan başqa, onlar onu da iddia edirlər ki, Qarabağ müharibəsindəki məğlubiyyət də Paşinyanın planlarından biri olub.

Lakin erməni tərəfi bir şeyi etiraf etmir ki, 44 günlük müharibə Azərbaycan Ordusunun cəsarəti və rəşadəti hesabına qələbəyə çevrildi. Qaldı, Paşinyanın Azərbaycanla əlaqəsi olmasına, bu da mənasız və məntiqsiz bir yanaşmadır. Ona görə ki, Ermənistanın baş naziri özünü bunca riskə atıb, hazırkı vəziyyətə düşməyi gözünün önünə almazdı.

Azərbaycan nümayəndəsinin Sünikə getməsi, orada danışıq aparması da inandırıcı deyil. Əgər belə bir danışıq olsaydı, vəziyyət hazırkı səviyyəyə çatmazdı. Yəni, iddia olunan görüşdən sonra Ermənistan tərəfi danışıqları dayandırmaz, Azərbaycanın öz sərhədlərini müəyyən etməsi prosesinə əngəl olmaz, sərhəd məsələsinin müzakirəsinə başlayardı. Görünən və bilinən odur ki, bu iddia qeyri-mümkün görünməsə də, hazırkı vəziyyət belə bir görüşün olmadığını deməyə əsas verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button