GündəmManşet

“Erməni Qartalları” İrəvanı könüllü səfərbərlik elan etməyə çağırır: “Biz əlimizdə silah Qarabağı qorumağa hazırıq”

Ermənistanda siyasi vəziyyət getdikcə gərginləşir. Müxalifət bir neçə gündür aksiyalar keçirir. Əsasən Azərbaycanla sərhəddən başlayan yürüşlərlə müşahidə olunan aksiyaların yeganə şuarı “Qarabağı vermərik”dən ibarətdir. Elə aksiyalara başlamaq üçün müxalifətin yeganə bəhanəsi də budur.

JAMAZ.İNFO xəbər verir ki, bütün cəhdlərə baxmayaraq, erməni müxalifəti tutarlı nəticə əldə edə bilməməklə yanaşı, həm də kütləviliyi təmin edə bilmir. Küçəyə çıxan aksiyaçıların ümumi sayının 2000 nəfəri keçmədiyi də elə özləri tərəfindən etiraf olunur.

Bu əsnada, Ermənistanda fəaliyyət göstərən və Birinci Qarabağ müharibəsində iştirak etmiş bir qrup erməninin təşkil etdiyi “Erməni Qartalları” təşkilat tələblə çıxış edib. Sözügedən təşkilatla yanaşı,  “Vahid Ermənistan” partiyasının lideri olan Xaçik Asryan bu gün İrəvan hökumətindən könüllü səfərbərlik elan edilməsi barədə qərar çıxarmasını tələb edib. O, Qərbi “faşist”, Rusiyanı isə “dost” elan edərək bildirib ki, guya, Azərbaycan Zəngəzur Dəhlizi məsələsini qəsdən ortaya atıb və məqsədi Ermənistana hücum etməkdir. “Ona görə də, Ermənistan və Qarabağ üçün təhlükəli dövr başlayıb və könüllü səfərbərlik elan edilməlidir. Biz əlimizdə silah Ermənistan və Qarabağda sərhədlərə getməyə və onları qorumağa hazırıq”.

Asryan daha sonra deyib ki, 44 günlük müharibə başa çatsa da, təmsil etdiyi təşkilatın üzvləri hal hazırda Qarabağdakı təmas xəttində “xidmət” edirlər.

P.S. “Erməni qartalları” (əslində erməni sərçələri deyilməlidir) təşkilatı elə zənn edir ki, Azərbaycan əvvəlki kimi zəif və köməksizdir. 44 günlük müharibədən də özlərinə nəticə çıxarmayan zavallılar, görünür, yenidən qırılmağı arzulayırlar. Onlar cəhd edib Azərbaycan Ordusunun qarşısına çıxsınlar, ondan sonra aqibətlərinə baxarıq. O zaman görərik ki, erməni qartallarıdır, yoxsa yoluq cücələr…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button