GündəmManşet

Erməni quldurlar Pirlərdəki postlarını qoyaraq, qaçıblar: Onları qadınlarla əvəzləyiblər

Xocalı rayonunun Pirlər kəndindəki “təmas xəttin”də”xidmət” edən qanunsuz erməni silahlı dəstələri mövqelərini tərk edərək, Xankəndiyə qaçıblar. “Caliber” layihəsi bu barədə xəbər yayıb ki, onların qaçmasının səbəbi su və ərzaq çatışmazlığı olub. Bundan başqa, “xidmət” yerlərinin bərbad olmasını əsas gətiriblər.

JAMAZ.İNFO xəbər verir ki, bu hadisədən sonra Xankəndidəki separatçılar təşvişə düşüblər. Daha doğrusu, qanunsuz erməni birləşmələrinin Tərtər istiqamətindəki mövqelərini də tərk edərək, qaçmaları faktı üzə çıxandan sonra separatçılar nə edəcəklərini bilməyiblər. Ona görə də, təcili tədbirlər görmək qərarı veriblər. İlk olaraq “könülülər dəstəsi”nin üzvləri ilə görüşüb, onlara çoxlu vəd veriblər. Lakin bu cəhdləri də boşa çıxıb. Çünki həmin “könüllülər” də yolun yarısında düşərək, geri qayıdıblar.

Bundan sonra, Xankəndidəki separatçılar başqa bir vasitəyə, daha dəqiq desək, köhnə erməni ənənələrinə əl atıblar. JAMAZ.İNFO xəbər verir ki, onlar dünən axşam saatlarında Pirlər kəndinə qadınları gətiriblər. Mövqelərə də onları çıxarmaq qərarı veriblər. Lakin onları “aşpaz” və “xadimə” kimi təqdim etməyə çalışırlar. Əslində isə postlara çıxarmağa kişi tapa bilmədiklərindən, qadınları qabağa veriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button