ManşetÖlkə içi

Erməni sürücülər Qafan-Gorus yolunda 130 dollar rüsum ödəyirlər: Tatev-Ağvan yolu bağlandı – FOTO

Qışın gəlməsi və güclü qarın yağması səbəbindən Tatev-Ağvan yolu bağlanıb. JAMAZ.İNFO xəbər verir ki, İrandan daşınan yüklərin İrəvana çatdırılması üçün istifadə olunan və alternativ hesab olunan Tatev-Ağvan yolu artıq yük maşınlarının üzünə bağlanıb.

“Joqovurd” qəzeti yazır ki, Qafan-Gorus yolundan başqa yük daşımaq üçün alternativləri olmayan iranlı sürücülər Azərbaycan gömrük orqanlarına 130 dollar ödəməklə həmin yoldan istifadə etməyə davam edirlər. Lakin qəzet bildirir ki, bu rüsum təkcə iranlı sürücülərə şamil edilmir. Həmçinin erməni iş adamları və onların yüklərini daşıyan yerli nəqliyyat firmalarından da alınır. “Hal hazırda Qafan-Gorus yolundan istifadə edən iranlı sürücülər 130 dollar ödəyirlər. Eyni rüsum erməni iş adamlarına da şamil edilir. Yəni, yerli nəqliyyat şirkətləri də Qafan-Gorus yolundan istifadə edərsə, onlardan da 130 dollar rüsum alınır. Halbuki razılaşmaya əsasən bu rüsumlar erməni maşınlarına tətbiq olunmamalıydı”.

Erməni nəşri deyir ki, hal hazırda erməni iş adamları hər gün Azərbaycan büdcəsinə orta hesabla on minlərlə dollara yaxın xeyir verirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button