ManşetSiyasət

Erməni tarixçi: “Delmitasiya olarsa, Qarabağ adlı problemi qalmayacaq”

“Əgər Azərbaycanla sərhədlərin delmitasiyası aparılarsa, bu onun ərazi bütövlüyünü tanımağımız deməkdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Elmlər Akademiyasının üzvü, tarix elmləri doktoru Amatuni Virabyan deyib.

O bildirib ki, delimitasiya, demarkasiya, yenidən demarkasiya dövlətlər arasında sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsini ehtiva edir. “Delimitasiya, bir qayda olaraq, iki dövlətin nümayəndə heyəti tərəfindən dövlət sərhədinin haradan keçməsini təsvir edən və xəritəyə çəkilməsi ilə həyata keçirilir. Sərhəddin demarkasiyası isə paritet əsasda yaradılmış birgə komissiyalar tərəfindən xüsusi xəritə ilə dövlət sərhəd xəttinin təsviri əsasında aparılır. Bu komissiyanın iclasları çağırılır, üzvləri əraziyə baş çəkir, sərhəd nişanları (dirəklər, tikanlı məftillər və s.) qurur və ortaya çıxan problemləri həll edir. Əvvəllər müəyyən edilmiş sərhədin yoxlanılması və ya məhv edilmiş sərhədd nişanlarının bərpası və ya dəyişdirilməsi redemarkasiya adlanır”.

Virabyan qeyd edir ki, əgər Azərbaycanla delimitasiya aparılarsa, bu, onun sərhədlərini və ərazi bütövlüyünü tanımaq deməkdir. “Bu o deməkdir ki, sərhədin o tayında hər şey tamamilə Azərbaycanındır. Yəni Qarabağ problemi avtomatik olaraq aradan qalxacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button