GündəmManşet

Erməni vəkil: “Türkiyə Naxçıvanda 45 minlik ordu saxlayır, Ermənistanı işğal edəcək”

Ermənistanda sözün əsl mənasında xaos yaşanır. Bu ölkədə ziyalıdan tutmuş, siyasıza qədər hamısı xəstədir. Üstəlik, başlarını itiriblər. 44 günlük Vətən Müharibəsindən sonra isə həmin xəstəlik daha da şiddətlənib. Elə bu səbəbdəndir ki, erməni vəkillər də ağızlarına gələni sərsəmləyirlər.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda tanınmış vəkil kimi təqdim olunan Zaruhi Postancıyan “Past” qəzetinə müsahibəsində deyib ki, Ukrayna ilə Rusiya arasında müharibə başlayarsa, Türkiyə Ermənistanı işğal edəcək. “45 minlik ordu Naxçıvandadır. Ukraynada müharibə başlayan kimi, Türkiyə Ermənistanı işğal edəcək”.

“Bostançının qızı” haradan bu qənaətə gəlib, məlum deyil. Məlum olan odur ki, ermənilər A-dan Z-yə qədər hamısı xəstədir və bu xəstə təxəyyülün əsirinə çevriliblər. Əvvəla Türkiyənin nəinki Ermənistanı, heç bir ölkəni işğal etmək niyyətində deyil. Hətta Türkiyə Ermənistanı işğal etmək fikrində olsa, bunun üçün Naxçıvandan istifadə etməsinə gərək yoxdur. Çünki Türkiyənin Ermənistanla böyük bir sərhəddi var və oradan hücum etməklə, ən uzağı bir sutkaya İrəvanı tam nəzarətinə götürə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button