CəmiyyətManşet

Ermənilər itkin düşmüş əsgərlərini İranda axtarır

Hələ müharibənin ortalarında İran mənbələri məlumat yaymışdılar ki, Azərbaycan Ordusunun qarşısında duruş gətirə biləməyən erməni əsgərləri Araz çayını keçərək, İran ərazilərinə sığınıblar. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumatdan sonra Ermənistanda da bununla bağlı bəzi məlumatlar yayıldı. Lakin təsdiqini tapmadı. Üstəlik, İran ərazisinə keçən erməni əsgərlərinin aqibətləri ilə də bağlı hər hansı bir məlumat verilmədi.

Hazırda Ermənistanda itkin düşən erməni əsgərlərinin valideynləri övladlarını İranda axtarmağa başlayıblar. Belə ki, onlar əllərində dəqiq məlumatların olduğunu, hətta zəng edərək övladlarının konkret harada olması barədə məlumat verildiyini iddia edirlər.

JAMAZ.İNFO xəbər verir ki, erməni deputat Naira Zohrabyan bu gün məsələ ilə bağlı açıqlama yayıb. O deyib ki, İranda itkin düşənlərin siyahısında adı olan erməni əsgərlərin olması ehtimalı var. Deputat hətta bununla bağlı Ermənistan Müdafiə Nazirliyinə müraciət belə edib. “Mən bir zamanlar bu mövzuya toxunmuşdum. Artıq mətbuat bu barədə yazmağa başlayıb. Belə aydın olur ki, müharibə vaxtı bir qrup erməni əsgəri xilas olmaq üçün Cbrayıl rayonu istiqamətindən İrana keçiblər. Orada isə əsir götürülüblər. Hətta belə bir məlumat var ki, İranın Amandı kəndində yerləşən Sərhəd Qoşunları onları əsir götürüb və oradakı həbsxanada saxlanılırlar”.

O Ermənistanın İrandakı səfiri, habelə İrandakı erməni kilsəsinin nümayəndələri ilə bu barədə danışdığını da deyib. Lakin adları çəkilənlər bu barədə məlumatsız olduqlarını bildiriblər. “Xarici İşlər Nazirliyinə müraciət etdim. Hələ də cavab yoxdur. Rusiyadan olan həmkarlarıma müraciət etdim və onlar da iranlı generallarla danışıblar məsələni. Lakin generallar bu barədə məlumatsız olduqlarını və məsələni araşdıracaqlarına söz veriblər. Ermənistan Müdafiə Nazirliyinin açıqlaması isə lap təəccüblüdür. Onlar bu mövzuya şərh verə bilməyəcəklərini dedilər”.

P.S. Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş əsgərlərimizin valideynləri də bir zamanlar ermənilərin indiki vəziyyətində idi. Onlar da ən kiçik bir ümidlə, xəbərlə yaşayırdılar. Sadəcə, ermənilərdən fərqli olaraq Azərbaycanlı valideynlər övladlarının Ermənistanda olduğunu, qul kimi işlədildiyini, işgəncələr gördüyünü, hətta Rusiyanın Krasnodar vilayətində ailəsi görüşə biləcəyi kimi məlumatlara malik idilər. Eyni zamanda, pul müqabilində əsirlikdən azad ediləc biləcəklərini də deyirdilər. Bu gün eyni aqibəti onlar yaşayır. Bizim anaların ahı yerdə qalmayıb. Atalar misalında olduğu kimi: “Nə tökərsən aşına, o çıxar qaşığına”.

P.P.S. Bildirək ki, 44 günlük müharibənin ortalarında Zəngilan istiqamətində gedən döyüşlərdə 300-dən çox erməni əsgərinin İran sərhəddini keçdiyi və orada saxlanıldığı barədə məlumat yayılmışdı.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button