ManşetÖlkə içi

Ermənilər Kəlbəcəri yenə atəşə tutdu

Mayın 9-u axşam saatlarında Azərbaycan ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub. Məlumatı mayın 10-da Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Nazirlik bildirir ki, adekvat cavab tədbirləri görülüb. «Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – nazirlikdən bildirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button