DünyaManşet

Ermənilər müharibədə ölən əsgərlərinin meyitlərini zibilxanada saxlayırlar – VİDEO

Ötən gün xəbər vermişdik ki, 44 günlük müharibədə ölən erməni əsgərlərin meyidləri xəstəxananın anbarına atılıb. JAMAZ.İNFO xəbər verir ki, Abovyan adına Vərəm Xəstəxanasının zirzəmisində saxlanılan meyidlər polietilen torbalara qoyulub. Bununla bağlı fotoşəkillər yayıldıqdan sonra isə İrəvanda ortalıq qarışıb.

Qeyd edək ki, hadisədən dərhal sonra Ermənistan Səhiyyə Nazirliyi məlumatı təkzib edib. Onlar bildiriblər ki, döyüşlərdə ölmüş əsgərlərin meyitləri zirzəmidə deyil, morqda saxlanılır. Lakin bu gün bir qrup itkin düşmüş əsgərlərin ailələri zorla xəstəxanaya daxil olaraq, meyitlərin saxlanıldığı yerə baxıblar və video çəkiblər.

Görüntülərdən bəlli olur ki, erməni səgərlərinin meyitləri polietilen torpalara doldurularaq, zirzəminin bir küncünə atılıb. Üstəlik, həmin otaqdakı temperaturun +26 dərəcə olduğu da məlum olub. Onların ümumi sayının 200-dən çox olduğu deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button