GündəmManşet

Ermənilər Qafan yolundakı Yanacaqdoldurma Məntəqəmizdən benzin alaraq, Gorusda satırlar

Qafan-Gorus yolunda Azərbaycanın gömrük-keçid məntəqəsi tikməsi, gediş-gəlişə görə rüsut tətbiq etməsi və SOCAR-ın yanacaqdoldurma məntəqəsi inşa etməsi Ermənistanın sərhəd kəndlərində çıxılmaz vəziyyət yaradıb. JAMAZ.İNFO xəbər verir ki, 6 erməni kəndinin sakinləri Qafan və Gorusa getmək üçün torpaq yoldan istifadə edirlər ki, bu da həm çoxlu vaxtlarını alır, həm də yağış yağdıqdan sonra yollar keçilməzə çevrilir.

Şurnuxu kəndinin icma rəhbəri Hakop Arşakyan deyir ki, Bərdzrəvan, Vorotan, Şurnuxu, Çakaten və daha bir neçə kəndin sakinləri blokada şəraitində yaşayırlar. Onun sözlərinə görə, Azərbaycan tərəfi Qafan-Gorus yolunun üzərində lazım olan bütün çəraiti qurub. “Azərbaycan əsgərləri öz yerlərində dayanıblar. Hər hansı bir xoşagəlməz hadisə, atışma yaşanmır. Onlar nə etmək istəsələr, problem yoxdur. Bunun üçün rus əsgərlərlə danışıb, addımlarını atırlar”.

Arşakyan bildirir ki, Azərbaycan Ordusu 16 noyabrdan sonra Karmrakar kəndinin girişində post qurub. Onun sözlərinə görə, həmin postla üzbəüz isə Ermənistan Sərhəd Qoşunlarının əsgərləri dayanıblar. “Azərbaycan əsgərləri post qursalar da, gediş-gəlişə mane olmurlar. Hər hansı bir icazə də tələb olunmur. Yalnız adamlardan kim olduqlarını, hara getdiklərini soruşurlar”.

Şurnuxu icmasının rəhbəri söyləyir ki, Gorusdan, Qafandan gələn bəzi adamlar Qafan-Gorus yolunun üzərində istifadəyə verilmiş SOCAR-ın yanacaqdoldurma məntəqəsindən benzin almağa çalışır. “Gorusdan gələnlər təəssüf ki, SOCAR-dan benzin alaraq, onu satmaqla məşğuldurlar. Bu sövdələşməni ruslar vasitəsi ilə edirlər və ya başqa bir yolla reallaşdırırlar, bizə məlum deyil. Lakin məlum olan odur ki, çox keçməz Azərbaycan benzini Ermənistan bazarını tutar”.

Arşakyan hesab edir ki, Qafan-Gorus yolunun erməniıərdə olan bir hissəsi bağlanmalıdır. “Gorusun ən ermənipərəsti belə aşağı düşüb, Azərbaycan benzinini ucuz almağa çalışacaq. Sonra da aparıb Gorusda satacaqlar. Bunun qarşısını almaq üçün təklif edirəm ki, yolun Vorotandan Gorusa qədər sərhədçilərimizin dayandığı hissəsi, Qarahuncun altından M2 yoluna qədər bağlansın. Bunu etmək lazımdır ki, Gorus sakini gedib SOCAR-dan benzin alıb, aparıb satmasın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button