ManşetÖlkə içi

Ermənilər Qarabağa səfər edən xaricilərə “viza” paylayır

44 günlük müharibədən sonra Qarabağa gələn xarici ölkə vətəndaşları ilə bağlı dəfələrlə rəsmi Bakının xəbərdarlıqları olub. JAMAZ.İNFO xəbər verir ki, bu xəbərdarlıqlar təkcə XİN deyil, birbaşa dövlət başçısı səviyyəsində də dilə gətirilib. Hətta Prezident İlham Əliyev rus sülhməramlılarına xəbərdarlıq edib ki, Azərbaycan ərazisinə icazəsiz gələnlərin qarşısını alsınlar.

Təbii ki, indiyə qədər ruslar bu bəyanatlara yalnız bir-iki gün əməl ediblər. Hazırda isə vəziyyət belədir ki, təkcə Ermənistan erməniləri deyil, həmçinin ABŞ və digər ölkədə yaşayanların da Qarabağa icazəsiz gəlmələrində hər hansı bir problem yoxdur. Əksinə, bölgədəki sülhməramlılar onlar üçün qapıları tam açıblar.

JAMAZ.İNFO xəbər verir ki, dünyanın hər yerindən tursit cəlb etməyə çalışan və hazırda Qarabağa səfər etmək üçün nələrin lazım olduğu prosesini “turizmin inkişaf agentliyi” adlı bir qondarma qurum həyata keçirir. Həmin “qurum”un başında Sergey Şahverdiyan dayanır. O, bu gün İrəvanda keçirilən bir forumda deyib ki, Ermənistan və Rusiya vətəndaşlarının Qarabağa səfər etmələri üçün heç bir maneə yoxdur. “Onların təkcə şəxsiyyətlərini təsdiq edən sənədlərinin olması kifayətdir”.

Şahverdiyan daha sonra digər xarici ölkələrdən Qarabağa səfər etmək istəyənlər barədə də danışıb. O bildirib ki, onlar üçün də qapılar bağlı deyil. “Avropa ölkələrindən, ABŞ-dan gələn turistlərin Qarabağa səfər etmələrində problem yoxdur. Bunun üçün İrəvana gəlib, orada “DQR”in “vizası”nı almalıdırlar”.

P.S. 44 günlük müharibədən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi bəyan olunur. Xankəndi, Xocalı, Ağdərə, Xocavəndin rəsmi Bakınin tabeliyinə keçdiyi deyilir. Lap yaxşı. Amma nə hikmətdirsə, torpaq bizim olsa da, Xankəndinə və digər şəhərlərimizə gedə bilmirik. Üstəlik, Qarabağdakı ermənilər xariciləri dəvət etməklə yanaşı, onlara “viza” da verirlər. Ki, Azərbaycan torpağında başqa birinin viza verməsi qadağandır. Çünki belə bir addım dövlətə məxsus olan məsələdir. İndi sual olunur: Qarabağ Azərbaycan ərazisidirsə, orada xaricilərə “viza” verənlər kim və nə hesab olunrular? Onlarla bağlı niyə tədbir görülmür? Dövlət içində dövlət nə deməkdir? Bəlkə, biz də Xankəndinə, öz şəhərimizə getmək üçün “viza” alaq?  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button