GündəmManşet

Ermənilər Tərtəri atəşə tutdu: düşmənin bir yaralısı var

Xəbər verildiyi kimi, bu gün Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. JAMAZ.İNFO Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə bu gün saat 00:23-dən 02:12-dək davam edib. Nəticədə Qapanlı qəsəbəsində yerləşən mülki obyektlərdən bir neçəsinə güllə dəyib.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur. “Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib.Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib”.

Qarabağdakı separatçılar isə iddia edirlər ki, onların nəzarətində olan qanunsuz silahlı dəstə tərəfindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmayıb. Təbii ki, onlar həmişə olduğu kimi günahı öz boyunlarından ataraq, guya, Azərbaycan tərəfinin atəş açdığını iddia ediblər. Bu dəfə də şakərlərindən, yalanlarından əl çəkməyiblər.

Erməni teleqram kanalları, habelə “AntiFake” saytı isə iddia edib ki, bu gün gecə saatlarında Qarabağdakı qanunsuz erməni silahlı dəstələri ilə Azərbaycan Ordusu arasında qısamüddətli toqquşma olub. Həmin mənbələrin iddiasına görə, hadisə nəticəsində terrorçu dəstənin bir üzvü yaralanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button