ManşetÖlkə içi

Ermənilər Tovuzu atəşə tutdu: Düşmənə cavab verilib

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
Məlumatda deyilir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. “Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur”.
Xatırladaq ki, bundan öncəki Brüssel görüşündən öncə də ermənilər analoji təxribata əl atmışdılar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button