GündəmManşet

Ermənilər üç kənddən mövqelərimizi atəşə tutub

Dünən gecə saatlarında Ermənistan silahlı qüvvələri Gorus rayonunun Xnçax, Aravus və Tex (Dığ) kəndləri istiqamətində üzbəüz yerləşən mövqelərimizi atəşə tutublar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat yayıb.

Məlumatda deyilir ki, erməni tərəfi dünən axşam saat 16:30-dan başlayaraq Ordumuzun hissələrini fasilələrlə atəşə tutub. İyulun 20-dən 21-nə keçən gecə isə atışma yenidən start götürüb və bir neçə saat davam edib. Düşmənə cavab atəşi açılıb və susdurulub. İtki və yaralı haqqında məlumat yoxdur.

Erməni tərəfi isə bu barədə məlumat yayaraq, iddia edib ki, guya, atəşi Azərbaycan Ordusu açıb. Və hadisəyə maraqlı bir don geyindiriblər. Belə ki, Tex kəndinin sakini ərazidə kombaynla taxıl yığırmış və sərhəddə yaxın ərazidə onu Ordumuzun hərbçiləri saxlayaraq, “girov” götürüblər. Onu geri almaq üçün isə Ermənistan hərbçiləri atəş açmalı olub.

Halbuki Tex kəndinin heç bir sakini əsgərlərimiz tərəfindən saxlanılmayıb. Əksinə, erməniləri hərəkətlərindən dolayı yaranmış gərginlik az qala onlar üçün ciddi itkilərə səbəb olacaqmış. Belə ki, açıq əraziyə çıxmış düşmən əsgərləri Ordumuzun açıq hədəfi olublar. Vəziyyəti belə görən ermənilər təcili olaraq, əraziyə yaxın Rusiya sərhədçilərini çağırıblar. Onlarla danışıqlardan sonra atəş dayandırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button