ManşetSosial

Ermənilər Xankəndi bazarında manatla alver etməkdən imtina edirlər

44 günlük Qarabağ müharibəsi zamanı Xankəndini tərk edib, qaçan ermənilər rusların sayəsində yenidən şəhərə qayıtmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bölgədə olan rus sülhməramlılarının verdiyi məlumata görə, 9 noyabrdan bu günə kimi, geri dönən ermənilərin sayı 52 min nəfəri keçib.

Hərçən açıqlanan bu rəqəm kifayət qədər şübhəlidir. Ona görə ki, hələ müharibədən əvvəl Xankəndində yaşayan ermənilərin sayı

20 mindən artıq hesab olunmurdu. Mühribədən sonra isə bu rəqəmin 50 min nəfərə çatması (çatdırılması) onu göstərir ki, ruslar hər vəchlə Qarabağda erməni dominantlığını təmin etməyə çalışır.

Bu əsnada Xankəndindəki kənd təsərrüfatı bazarı işə düşüb. JAMAZ.İNFO xəbər verir ki, müharibə vaxtı istifadəsiz qalan, habelə bəzi səbəblərdən bir hissəsi sıradan çıxmış bazar bərpa edilib. Artıq bir həftəyə yaxındır ki, işləyən bazarda rus sülhməramlıları mina və partlayıcı qurğuların olub-olmamasını dəqiqləşdirmək üçün axtarışlar da aparıblar.

Müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən bazarda qiymətlər ucuz sayılmır. Əsasən yerli ermənilərin istehsal etdikləri məhsulların alışı Ermənistan dramı ilə həyata keçirilir. Bundan başqa, bazarda rus rubulu da dominantlıq təşkil edir.

Bazarda alver edən satıcılar bildirirlər ki, fəaliyyətə başlasalar da, bu müharibədən əvvəlki səviyyəyə hələ gəlib çatmayıb. Onların bildirdiyinə görə, əhali tam yerləşdikdən sonra çeşidlər də, ticarət də artacaq.

Bəs, Xankəndi bazarında Azərbaycan manatına olan münasibət necədir? Satıcı ermənilər alveri yalnız rus rubulu və erməni dramı ilə etdiklərini deyirlər və Azərbaycan manatı ilə alver etmək fikirində olmadıqlarını deyirlər. Bəhanələri də budur ki, onlar manatla heç bir yerdən mal və məhsul ala bilmirlər. Əslində isə ermənilər Azərbaycan manatıyla İran və Gürcüstanda ticarət etmək imkanına sahibdirlər. Sadəcə, ermənilər manatın Azərbaycana məxsus olması səbəbindən onunla alver etmək istəmirlər. Yəni, bu nifrətdən doğan bir haldır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button