GündəmManşet

Ermənilər Xankəndidən qaçmaq üçün maşın tapa bilmirlər: yanacaq yoxdur

Martın 8–də Ermənistandan Qarabağa çəkilmiş qaz kəmərində baş vermiş qəzadan sonra Xankəndi “mavi yanacaq”sız qalıb. JAMAZ.İNFO xəbər verir ki, artıq 6 gündür Xankəndidə yaşayan ermənilər nəinki evlərini qızdıra bilir, hətta çörək məsələsində də problemlə üzləşiblər.

Qeyd edək ki, qəza baş vermiş ərazi minalı olduğundan orada hər hansı təmir işləri aparmaq mümkün deyil. Hətta Rusiya sülhməramlıları da ermənilərin israrına baxmayaraq, onları əraziyə buraxmaqdan imtina edir. Üstəlik, qəzanın baş verdiyi ərazi Azərbaycan Ordusunun nəzarəti altındadır.

Hazırda Xankəndidə vəziyyət necədir? JAMAZ.İNFO xəbər verir ki, təbii qazın olmaması səbəbindən evlərin qızıdırılması üçün elektrik enerjisindən istifadə olunur. Havanın soyuq olması nəticə etibarı ilə elektrik xətlərinin yüklənməsinə gətirib çıxarıb. Elə bu səbəbdəndir ki, bir neçə gündür şəhərə fasilələrlə elektrik enerjisi verilir. Eyni zamanda, gecələr Xankəndi zülmətə bürünür.

Bu gün isə məlum olub ki, elektrik xətlərinin normadan artıq yüklənməsi səbəbindən şəhərdəki bir neçə transformator sıradan çıxıb. Eyni zamanda, erməni əhalisinin ehtiyatsız davranışları nəticəsində son iki gündə Xankəndidə 5-dən çox ev yanıb. Belə ki, xətlərin yüklənməsi qısaqapanmalara səbəb olub, nəticədə yanğınlar baş verib.

Maraqlı məqamlardan biri də odur ki, Qarabağda yaşayan ermənilər yaşadıqları yerləri tərk edərək, İrəvana daşınmaq istəyirlər. Şəraitsizlik, qazın və işığın olmaması, habelə son günlər çörək və su ilə də bağlı problemlərin yaranması onları Xankəndindən qaçmağa vadar edib. Lakin Qarabağdakı YDM-lərdə maye qaz və benzinin olmaması İrəvana hərəkət edən avtobusların da işləməməsinə gətirib çıxarıb. Yəni, ermənilər nəqliyyat tapıb, Qarabağdan qaça bilmirlər.

Separatçılar isə onların qaça bilməməsindən məmnundurlar. Elə bu səbəbdən də nəqliyyat və yanacaq problemini həll etmək istəmirlər. Çünki ermənilərin Qarabağı tərk etmələri onların da varlığının sonu deməkdir. Məhz bu məqsdlə erməni sakinlərdən siyasi təsir vasitəsi kimi istifadə edərək, onlardan alət kimi yararlanırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button