GündəmManşet

Ermənilər Xocavənd və Tərtəri atəşə tutdu

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb. “Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button