GündəmManşet

Ermənilər Yuxarı Şorcada əsgərlərimizi atəşə tutdular

Dünən gecə saatlarında Ermənistanın Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında silahlı insident yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi razılaşmaya əməl etməyərək, Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Belə ki, 14 noyabrda sərhəddə baş verən məlum hadisələrdən sonra ərazidə Azərbaycan Ordusuna məxsus texnika qalıbmış. Məlumatda deyilir ki, həmin texnika baş verən silahlı insident zamanı döyüş meydanında xarab olub və həmin vaxt onu çıxarmaq mümkün olmayıb. Eyni vəziyyətlə, ermənilər də üzləşiblər. Onlar Cermux istiqamətində ordumuza hücum edərkən, bir texnikasını itiriblər. Həmin vaxt ermənilər də vurulmuş texnikalarını ərazidən çıxara bilməyiblər.

JAMAZ.İNFO xəbər verir ki, dünən tərəflər arasında texnikaların çıxarılması barədə razılaşma əldə olunub. Lakin ermənilər razılaşmanı pozublar. Belə ki, onlar Cermux istiqamətində vurulmuş texnikalarını ərazidən çıxardıqdan sonra, Yuxarı Şorcadakı texnikamızı çıxarmağa imkan verməyiblər. Nəticədə, tərəflər arasında atışma olub. Atışma nəticəsində canlı qüvvə baxımından itki olmasa da, ərazidə qalmış texnikanı çıxarmaq mümkün olmayıb. İddialara görə, həmçinin təxliyyə üçün göndərilmiş maşın da ərazidə qalıb.

Hazırda vəziyyətin gərgin olduğu, tərəflər arasında danışıqlar getdiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button