AraşdırmaManşet

Ermənilərin bir şəhəri və 5 kəndi neytral zonaya çevriləcək: Qoşunlar geri çəkilərsə- XƏRİTƏLƏR  

Xəbər verildiyi kimi, Ermənistan tərəfi Azərbaycanla sərhədlə bağlı hələ xeyli əvvəl təkliflə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, həmin təklifə əsasən Azərbaycan və Ermənistan orduları paralel olaraq geri çəkilməli və bundan sonra delmitasiya və demarkasiya prosesinə başlanmalıdır.

Erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusu guya, onun ərazilərinə daxil olub. Xüsusən, Qaragöl, Xındzazor və daha bir neçə istiqamətində “güzgü effektli” geriçəkilmə olmalıdır. Lakin rəsmi Bakı bu təklifi qəbul etmir. Əksinə, bəyan edir ki, hal hazırda Ordumuz Azərbaycan torpaqlarında yerləşdirilib və onlar dövlət sərhəddini qorumaqla məşğuldurlar.

Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan bununla bağlı araşdırma aparıb və İrəvanın “güzgü effektli” geriçəkilmə təklifinin təhlükəli olduğunu bildirib. O deyib ki, əgər belə bir addım atılarsa, Ermənistan növbəti dəfə torpaq itkisi ilə üzləşəcək. O, bununla bağlı bəzi misallar da çəkib.

Ağababayan yazır ki, qoşunların paralel olaraq geri çəkilməsi prosesinin baş verəcəyi ərazilərdən biri Qafan şəhəridir. “Şəhərin düz mərkəzində yerləşən Qafan Hava Limanı ilə Azərbaycan mövqeləri arasında  məsafə 50-100 metr təşkil edir. Əgər qoşunlar geri çəkilərsə, o zaman bu düz Qafan şəhərinin mərkəzinə düşəcək. 43 min əhalisi olan Qafan şəhərinin mərkəzi neytral zona elan ediləcək”.

O sünikin Xnatsax kəndini də misal olaraq göstərib. Ağababayan bildirib ki, Azərbaycan Ordusu bu kəndin 200-300 metrliyində qərarlaşıb. “Ermənistan ordusu geri çəkilərsə, bu bütün bir kəndin neytral zonaya çevrilməsi deməkdir. Və ya Sünikin Korindzor kəndi. Təmas xəttindən təxminən 500 metr aralıdadır. Qoşunlar geri çəkilsə, kəndin mərkəzindəki məktəbin taleyi sual altında qalacaq. Və hər iki kəndin əhalisi evekuasiya edilməlidir”.

Mərkəz rəhbəri Sünikin Şurnuxu və Çakaten kəndlərini də misal kimi göstərib. “Şurnuxu kəndinin yarısı Azərbaycanın nəzarətindədir. Çakatendə isə vəziyyət belədir ki, təmas xəttindən 350-400 metr aralıda yerləşir. Əgər qoşunlar geri çəkilsə, Şurnuxu tam neytral zona olacaq. Çakatendə isə erməni qoşunları kəndin mərkəzindəki kilsənin yanında və ya məktəbin həyətində yerləşməlidirlər”.

Ağababayan bir digər sərhədd kəndinin də vəziyyətini müqayisə edib. Bu, Narkin And kəndidir ki, təmas xəttindən 250-300 metr aralıda yerləşir. “Burada da qoşunlar çəkilərsə, kəndin mərkəzindəki məktəb neytral ərazi elan olunmalıdır”.

JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxs bildirib ki, belə bir təklifin irəli sürülməsi anti-erməni yanaşmasının təzahürüdür. “Əgər bu baş verərəsə, sadaladığım kəndlərin hamısı neytral əraziyə çevriləcək. Minlərlə erməni evekuasiya ediləcək. Paralel olaraq, təhlükəsizlik məsələsində ciddi problemlər yaradacaq. Mən hələ, prosesin yaradacağı sosial-iqtisadi, demoqrafik, maddi-texniki və psixoloji problemlərdən danışmıram”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button