ManşetÖlkə içi

Ermənilərin Zabuxda 300 min dolları batdı

Avqustun 25-də qəsəbəni tərk edərək, Ermənistanda yerləşməli olan Zabuxda qanunsuz olaraq məskunlaşmış ermənilərin köçürülməsi prosesi davam edir. JAMAZ.İNFO xəbər verir ki, artıq bir çox ailələr evlərini boşaldaraq, İrəvana daşınıblar.

“Joqovurd” qəzeti isə yazır ki, müharibədən sonra Laçın, Sus və Zabuxdakı ermənilər oradan çıxarılacaqlarını bilirmişlər. Lakin bunu bildikləri halda həmin yaşayış məntəqələrində məktəb, uşaq bağçası və daha bir neçə tikili inşa edilib. Erməni nəşri bildirir ki, son iki ildə təkcə Zabux qəsəbəsindəki tikinti işlərinə 300 min dollar pul xərclənib. “İnvestisiya şəklində qoyulmuş bu pulların aqibəti məlumdur. Bir neçə gündən sonra həmin məktəblər, uşaq bağçaları və biznes sahələri Azərbaycanın nəzarətinə keçəcək. Halbuki müharibədən sonra hamı bilirdi ki, Laçın, Zabux və Susda yaşamaq mümkün olmayacaq. Bu pulları niyə xərcləyiblər, məlum deyil”.

Zabuxun “meri”Andranik Çavuşyan deyib ki, həmin pulu Ermənistan hökuməti xərcləməyib. Onun sözlərinə görə, müharibədən sonra Amerikada yaşayan ermənilər pul ayırıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button