GündəmManşet

Ermənistan Müdafiə Nazirliyi Çaylaqqala və Köhnə Tağlardakı əsgərlərini axtarır

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl erməni terrorçuları Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində Azərbaycan Ordusunun bölmələrini hücum təşkil etmişdilər. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxt Azərbaycan Müdafiə Nazirliyi və DTX birgə antiterror əməliyyatı keçirərək, düşməni zərərsizləşdirmişdilər.

Dünəndən etibarən Ermənistan Müdafiə Nazirliyi Köhnə Tağlar və Çaylaqqala kəndlərindəki hərbçilərinin “yoxa çıxdığını”, onlarla əlaqə saxlaya bilmədiyini açıqlayıb. “İki gün öncə gecə saatlarından etibarən Çaylaqqala və Köhnə Tağlar kəndlərindəki hərbçilərimizlə əlaqələr kəsilib. Ərazidə sülhməramlılarla birlikdə əsgərlərin axtarışını həyata keçirsək də, nəticə əldə edilməyib. Onların öldürüldüyü və ya əsir götürüldüyü barədə məlumatımızı yoxdur”.

JAMAZ.İNFO xəbər verir ki, bu əsnada, Azərbaycan Ordusu Şuşa şəhəri ətrafında antiterror əməliyyatlarını davam etdirib. Nəticədə, 160 erməni əsgəri əsir götürülüb. Ermənistan Müdafiə Nazirliyi bununla bağlı suala açıqlama verməkdən imtina edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button