DünyaManşet

Ermənistan ordusunda ard-arda istefalar: Baş Qərargah və xidmət rəisi işdən çıxarıldı

Ermənistan Müdafiə Nazirliyində kadr dəyişikliyinə start verilib. JAMAZ.İNFO xəbər verir ki, yeni nazir Suren Papikyan hələ bir neçə gün əvvəl belə bir addım atacaqlarını bildirmişdi.

Bu gün isə nazirliyin iki vacdib fiquru istefaya göndərilib. Onlardan biri Baş Qərargah rəisi Artak Davtyandır. Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan bu gün onun işdən çıxarılması barədə sərəncam imzalayıb.

İkinci sərəncam isə Ermənistan silahlı qüvvələrinin mühəndis qoşunlarının komandanı Armen Aryuşanyan haqqında verilib. Belə ki, o da istefaya göndərilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button