ManşetÖlkə içi

Ermənistan Qarabağdakı hərbçilərini vaxtından əvvəl tərxis etməyə başladı

Xəbər verildiyi kimi, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını, yəni Qarabağdakı Ermənistan ordusunun çıxarılmasını tələb edib. JAMAZ.İNFO xəbər verir ki, rəsmi Bakının tələbindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə açıqlama verərək deyib ki, prosesi sentyabr ayına qədər tamamlayacaqlar.

Lakin bu açıqlamadan sonra erməni tərəfi hər hansı addım atmayıb. Son günlər Qarabağda gərginliyin artması, Azərbaycan Ordusunun bəzi istiqamətlər mövqe və dislokasiya dəyişiklikləri etməsi İrəvanı qorxuya salıb. Gələn xəbərlərə görə, sentyabr ayına qədər qoşunlarını Qarabağdan çıxarmalı olan Ermənistan dünəndən etibarən, təcili şəkildə addımlar atmağa start verib.

Belə ki, 2020-ci ilin yayında hərbi xidmətə çağırılmış və Qarabağda xidmətə göndərilmiş Ermənistan ordusunun hərbçiləri dünənəndən etibarən təcili olaraq ordudan tərxis edilməyə başlayıb. Erməni mediasının yaydığı xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin göstərişinə əsasən tərxis olunan həbçilər, qısa müddətdə Qarabağ ərazisindən çıxarılır. Bunun Azərbaycanın tələbi ilə edildiyi və konkret vaxt qoyulduğu barədə məlumatlar da var.

Ermənistan parlamentinin üzvü, deputat Tiqran Abramyan da təsdiq edib ki, artıq iki gündür Ermənistan Müdafiə Naziriliyi iki öncə çağırılmış çağırışçıların tərxis edilməsi prosesini sürətləndirməyə başlayıb. “44 günlük müharibədən sonra Ermənistan tərəfi Qarabağa həqiqihərbi xidmət üçün əsgər göndəməyib. 2020-ci ilin yayında xidmətə çağırılmış hərbçilərin sentyabrda tərxis edilməsi nəzərdə tutulurdusa, artıq avqustun 1-dən etibarən, vaxtından əvvəl əsgərlərin çıxarılmasına start verilib”.

Abramyan deyib ki, bu hadisə Ermənistanı dövlət olaraq alçaltmaqdır. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button