İqtisadiyyatManşet

Ermənistan “Zəngəzur Dəhlizi” ilə bağlı tender elan etdi

Ermənistan Şimal-Cənub nəqliyyat xəttinin tikintisi üçün katirovka elan edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bu gün keçirilən iclasda deyib.

O bildirib ki, ilkin mərhələdə magistralın Sisian və Kacaran şəhərləri arasında hissəsi inşa ediləcək. Onun sözlərinə görə, prosesə maraqlı tərəflər və tikinti şirkətləri dəvət olunacaqlar. 70 gün davam edəcək müraciətlərdən sonra konkret şirkətlər seçiləcək. “SSRİ dağılandan sonra Ermənistanda belə böyük həcmdə iş aparılmayıb. Bu tikinti yüz milyonlarla dollar tələb edəcək. Proses ilin sonuna kimi başa çatmalıdır”.

Paşinyan əlavə edib ki, yeni yol təkcə şimalla cənubu, yəni Ermənistanla  İranı deyil, həm də qərblə şərqi, yəni Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyəni birləşdirməlidir.

Ermənistanın baş naziri daha sonra qeyd edib ki, Ermənistan-Naxçıvan-Azərbaycan (Yerasx-Culfa-Mehri-Horadiz) dəmir yolunun Ermənistan hissələrinin yenidən qurulması üzrə layihələndirmə işləri də aparılır.

İclasda çıxış edən Ermənistanın ərazi idarəetmə naziri Qnel Sanosyan xatırladıb ki, Sisyan-Kacaran yolu 6 il müddətinə tikiləcək. “Bu zaman ümumi uzunluğu 4,7 km olan 27 körpünün salınması və 12 km uzunluğunda 5 tunelin qazılması tələb olunur”.

Layihənin əsas kreditoru Asiya İnkişaf Bankı olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button