AraşdırmaManşet

Ermənistanda mülk almış Azərbaycan vətəndaşlarının sayı açıqlandı: 1-i hədiyyə olmaqla, 6 mənzil alınıb  

Ermənistanda mülk almış Azərbaycanlıların sayı açıqlanıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Kadastr Komitəsinin yaydığı məlumata görə, Azərbvaycan vətəndaşlarının onların ölkəsində aldıqları mülklərin sayı 6-dır.

Həmin məlumatda deyilir ki, 2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib.

Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 2012-ci ildə 2, 2018, 2019-cu illərdə 1, sonrakı illərdə isə daha iki mülkə sahibləniblər. Alınan mülklərin 4-ü mənzildir. Bundan başqa, Azərbaycan vətəndaşlarından biri mənizillərdən birini 2012-ci ildə hədiyyə olaraq alıb. Digər iki mülk isə ictimai əhəmiyyət kəsb edən obyektdən ibarətdir. Yəni, restoran kimi işlədilir.

Kadastr Komitəsi daha sonra bildirib ki, mülk alan Azərbaycan vətəndaşlarının etnik baxımdan, milliyyətcə azərbaycanlı olub, olmadıqlarını dəqiq deyə bilməzlər. Amma onların Azərbaycan vətəndaşı olduqlarını təsiqləyirlər.

Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb. Onlardan biri 1-i hədiyyədir, digəri isə başqa bir mənzillə dəyişdirilib. Bundan əlavə, 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi alıblar. Ən çox alqı-satqı əməliyyatları 2016-cı ildə  (8 mənzil), 2017-ci ildə (14 mənzil), 2019-cu ildə (18 mənzil) və 2021-ci ildə (8 mülk) illərində olub.

JAMAZ.İNFO xəbər verir kli, Ermənistanın rəsmi qurumları 2012-2021-ci illərdə Türkiyə və Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslərin onların ölkəsində daşınmaz əmlak sahəsində heç bir əməliyyat aparmayıblar.

Qeyd edək ki, Ermənistanda mülk almış azərbaycanlıların kimliyi barədə hər hansı dəqiq məlumat yoxdur. Güman etmək olar ki, həmin şəxslər Azərbaycanda faktiki yaşayan və ölkə vətəndaşı olan ermənilərdirlər.

Xatırladaq ki, rəsmi məlumatlara görə, hazırda Qarabağı çıxmaq şərti ilə, Azərbaycanda 30 mindən çox erməni yaşayır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button